Zlatan İbrahimoviç "Milan" klubu ilə müqaviləsini yeniləyib.

Unikal.org xəbər verir ki, "Milan" isveçli ulduz oyunçu ilə müqaviləsinin müddətini bir illiyinə uzadıb. İbrahimoviçin yeni mövsümdə də 9 nömrəli forma geyinəcəyi təsdiqlənib. 38 yaşlı oyunçunun bir illik müqavilə qarşılığında maaşı 8 milyon avro olacaq. 

Ötən mövsüm "Milan"da 17 matça çıxan təcrübəli hücumçu 10 qol vurub, 5 ötürmə edib.