“Qarabağ” növbəti transferi reallaşdırıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Çerno More”nin (Bolqarıstan) mərkəz yarımmüdafiəçisi Patrik Andrade transfer edib. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Afrika qitəsində yerləşən Kabo Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Qeyd edək ki, bu "Qarabağ"ın yay fasiləsində etdiyi beşinci transferdir. Daha əvvəl Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiç heyətə qatılıb.