Gizli sənədləri Rusiya xüsusi xidmət orqanlarına verməkdə şübhəli bilinən fransız zabitinə qarşı istintaq başladılıb.

Unikal.org xəbər verir ki, bunu Fransanın Müdafiə naziri Florans Parli deyib.

“Dövlət təhlükəsizliyinə dəyən ziyanla bağlı yüksək rütbəli hərbçimizə qarşı məhkəmə icraatı başladıldığını təsdiqləyə bilərəm”, - Florans Parli bildirib.