Böyük Britaniyada iyunun 4-dən bu günədək koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb – sutkada 1 715 nəfər.

Unikal.org-un məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Eyni zamanda bir nəfər dünyasını dəyişib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 334 467-yə, bu virusdan ölənlərin sayı isə 41 499-a yüksəlib.