Ölkə üzrə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verilib.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən xüsusi karantin rejimi qaydalarına riayət etməklə, 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

Eyni zamanda muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.