Dünyada 25 387 328 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki,  virusdan 850 600 xəstə ölüb, 17 709 279 nəfər sağalıb.

Virusun ən çox yayıldığı ABŞ-da 6 173 236, Braziliyada 3 862 311, Hindistanda 3 621 245 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanın sərhəd qonşularından virusa ən çox yoluxma Rusiyada (990 326 nəfər), ölüm İrandadır (21 462 nəfər).

İranda koronavirusa yoluxma 373 570, Türkiyədə 268 546, Ermənistanda 43 750, Gürcüstanda 1 469 nəfərdə müşahidə edilir.

Azərbaycanda koronavirusa yoluxan 36 309 nəfərin 33 703-ü sağalıb, 531-i ölüb.