"Qalatasaray"ın mövsümün əvvəlində heyətə qatdığı Fatih Öztürk İstanbulda əylənib.

Unikal.org xəbər verir ki, qolkiper  əyləncə məkanından çıxıb sarışın qadınla "Porcshe" markalı avtomobilinə minərkən görüntülənib.

Jurnalistləri və kameraları görən futbolçu "Yeni müqavilə imzaladım, bitərəm, yayınlamayın",- deyə xahiş edib.

Jurnalistlərin xahişə məhəl qoymadığını görəndə təhdid etməyə başlayıb: "Mənim fotolarımı çəkə bilməzsiniz, silin tez". 

Öztürkün yanındakı qadın ağlayaraq: "Evliyəm, boşanma işim var. Xahiş edirəm həmin fotoları silin, yoxsa məhv olacağıq", - deyib.

Bu vəziyyət qarşısında Öztürk: "Sən dur, tez maşına otur", - deyə qışqırıb.