"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək. 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək.