Lotu Qulinin (Nadir Səlifov) ailəsində növbəti faciə yaşanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, mərhum N.Səlifovun nənəsi Nurxanım Səlifova 85 yaşında dünyasını dəyişib. O, Bakıxanov qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib. Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

Elvin Rüstəmov