Məşhur pop-ifaçı Ed Şiran və həyat yoldaşı Çerri Siborn ilk dəfə valideyn olublar.

Unikal.org xəbər verir ki, bu barədə müğənni yeni doğulmuş qızının corablarının şəklini özünün “Instagram” səhifəsində paylaşmaqla məlumat verib.

Qıza Lira Antarktika Siborn Şiran adı verilib.

“Biz ona aşiq olmuşuq. Ana və körpə özlərini əla hiss edirlər. Sevincdən göyün yeddinci qatındayıq”, - deyə musiqiçi yazıb.