UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi müəyyənləşib. II raundda Türkiyə "Qalatasaray"ına rəqib olan "ağ-qaralar" növbəti mərhələnin püşkatmə mərasimində səpələnmişlər səbətində yer alıb.

"Neftçi" - "Qalatasaray" duelinin güclüsü "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" - "Qalatasaray" matçının qalibi oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də olacaq.