Fransanın PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymarda koronavirus aşkarlanıb. 

Unikal.org  xəbər verir ki, 28 yaşlı hücumçunun testi müsbət nəticələnib. Onun Paris təmsilçisindəki komanda yoldaşları Anxel Di Maria və Leanardo Parades də infeksiyaya yoluxub. 

İbiza şəhərindən qayıdan hər üç oyunçu bir həftə karantində qalacaq.