“Pensiyadayam kef edirəm, istirahət edirəm. Dəvət edilən verilişlərə qonaq gedirəm, bəzən qonaq qolduğum efirlər təkrar göstərilir”. Bu barədə Unikal.org-a koronavirus pandemiyası dövrünü necə keçirməsi barədə danışan Xalq artisti Arif Quliyev deyib. 

“Karantin bizə sağlam olmaq üçün yarayır, çünki biz ailəmizə, xalqımıza, dövlətimizə sağlam lazımıq. Pensiyada olduğum üçün heç bir yaradıcılıqla məşğul deyiləm, həm də pandemiyaya görə heç bir iş yoxdur, elə sağlamlıqla məşğuluq. 

Boş vaxtlarımda kitab oxuyuram, yeni yumor əsərləri yazıram, bir də hobbim var: boş vaxtlarımda təsbeh düzəldirəm. Əl işimi cibimə qoyub, rast gəldiyim yaşlı insanlara bağışlayıram.  Bu bacarığımı da karantində kəşf etdim. Karantindən sonra “Gülüş qatarı” silsilə verilişləri hazırlamaq fikrindəyəm. Hələki dözmək və gözləmək lazımdır”, – deyə Xalq artisti bildirib. 

Dürrə Həsənova