Göyçay rayonunda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, rayonun Bəydövül kəndində ümumi sahəsi 120 kv. m olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 kv. m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.