“Alatoranlıq” filminin məşhur aktyoru Robert Pattinsonun koronavirus testinin nəticəsi müsbət çıxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktyor koronavirusa yoluxduğu üçün “Betman” filminin çəkilişləri müvəqqəti dayandırılıb. 34 yaşlı aktyor sağaldıqdan sonra filmin çəkilişlərinin davam etdiriləcəyi bildirilir.