Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

Unikal.org xəbər verir ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.