İmişli Rayon İcra Hakimiyyətində növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin müvafiq əmri ilə, Şamil Rzayev başçının köməkçisi təyin edilib.

Qeyd edək ki, 21 may 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə  Rzayev Elçin Adil oğlu  İmişli rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İmişli Rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, adıçəkilən şəxs həmin vəzifəni müvəqqəti icra edir.

Famil Fərhadoğlu