Xəbər verdiyimiz kimi, Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, olay nəticəsində kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin  İbrahim oğlu dünyasını dəyişib.

*** 14:22

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Unikal.org xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

*** 14:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.  

Bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.

İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

Müxbir: Famil Fərhadoğlu

FOTO: Müzəffər İsmayılov