Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.