Xaçmaz rayonunun Pirquluoba kənd sakini tanımadığı qadın tərəfindən döyülüb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü kənd sakini, III qrup əlil Vüqar Mərdan oğlu Osmanov baş ağrıları şikayətilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət edib.

O, xəstəxanada kənddə tanımadığı qadın tərəfindən baş nahiyəsinə şillə və yumruqla zərbələrə məruz qaldığını deyib. Əlavə olaraq o bildirib ki, başında çoxsaylı qəlpələr var və bir gözü görmür. Qadının ona iradı göz vurmağı olub. O isə bildirib ki, “mən kor olduğum halda necə göz vura bilərəm ki?”

Xəstəxanada V.Osmanovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.