Hər ailədə, evdə təmizlik işlərinin görülməsi dövriliyi fərqlidir. Bəzi evlərdə təmizlik işləri hər gün, bəzilərində günaşırı, bəzilərində həftəlik, hətta 15 gündə, ayda bir dəfə görülür. Amma mütəxəssislər hesab edir ki, evlərdə təmizlik işləri neçə müddətdən bir aparılmasından asılı olmayaraq, hər gün təmzilənməsi vacib olan yerlər, əşyalar var. Bunların hər gün edilməsi sağlamlıq baxımından çox önəmlidir. Xüsuslə pandemiya dövründə bu qaydalara əməl etmək vacib sayılır. 

Unikal.org e-tibb.az-a istinadən hər gün təmizlənməsi vacib sayılan əşyalar və yerlərin siyahısını təqdim edir:

1. Üzüklər

Hər gün taxdığınız və heç barmağınızdan çıxarmadığınız üzükləri gündəlik olaraq təmizləməyi unutmayın. Araşdırmalara görə, üzük taxan şəxslərin əllərində bu aksessuarı taxmayanlarla müqayisədə daha çox bakteriya aşkarlanır.

2. Duş başlığı 

Duş başlığından sabit su axsa da, bu, onun təmiz olduğu anlamına gəlmir. Mütəmadi olaraq duş başlığını təmizləməsəniz içində bakteriyalar yarana bilər və bunlar ağciyər infeksiyasına yoluxma riskini artırar.

3. Qapı dəstəkləri  

Hər gün bayırdan çirkli əllərlə evə daxil olanda ilk toxunduğunuz yer qapı dəstəkləri olur. Təmizlənməyən qapı dəstəklərində yüzlərlər mikrob ola bilər. Pandemiya dövründə koronavirusdan qorunmaq üçün də qapı dəstəklərini mütləq gündəlik təmizləmək lazımdır.

4. Klaviatura  

Hər gün istifadə edilən kompüterlərin klaviaturası müxtəlif bakteriyaların qaynağı sayılır. Ona görə də klaviaturanı hər gün ən azı antibakterial yaş salfetlə silməyiniz mikroblardan qorunmanız deməkdir.

5. Pultlar və telefonlar

Hər gün toxunduğunuz əşyalar arasında pultlar və telefonlar da var. Araşdırmaçılar bildirir ki, təmizlənməyən pultlar maya, kif göbələkləri və bakteriya yuvasıdır. Eyni fikirlər telefonlar barədə də deyilir. Ona görə də hər günün sonunda mütləq pultları, mobil və ev telefonlarını təmizləməyə bir neçə dəqiqə ayırmaq lazımdır.

6. Elektrik açarları

Evdə təmizlik aparan zaman çox zamann elektrik açarları diqqətdən yayına bilər. Amma həmin nöqtələr mikrob və bakteriyaların ən çox toplandığı yerlərdən biridir.Məsələn, aparılan bir araşdırmaya görə, hotel otaqlarında ən çox mikrob onlarda aşkarlanıb.

7.Əl-üz yuyan çanağı

Hər gün bir neşə dəfə əlləri, üzü yuyanda, dişləri fırşalayanda istifadə olunan əl-üz yuma çanağı tez bir zamanda çirklənir. Onlarda təxminən 50 mindən çox bakteriya toplana bilir. Ona görə də hər gün antiibakterial bir vasitə ilə təmziləyərək bakteriyaları bir anda yox etmək olar.

8. Diş fırçası 

Diş fırçalarımız hər gün dişlərimizin arasına girən yemək qalıqlarını və dişin üzərində olan ərpləri təmizləyir. Bununla yanaşı diş fırçasını hamamda açıq saxlamaq daha təhlükəli bir hala səbəb ola bilər. Bakteriya yuvası olan diş fırçalarını antibakterial bir məhlulla hər gün təmizləmək lazımdır. 

9. Pəncərələrin önü 

Otaqlarda ən kirli yer pəncərələrin önü sayılır. Bayırdan daxil olan toz hissəciklərində olan mikroblar allergiyalardan tutmuş, bir çox başqa problemlərə səbəb olur. Hər gün yatmazdan əvvəl ən azı yataq otaqlarının pəncərələrinin önünü təmizləmək lazımdır. Bu, həm də rahat şəkildə yatmağa kömık edəcək.

10. Avtomobil sükanı

Evlər kimi avtomobillərin içərisindəki bir çox yerlər də böyük bakteriya qaynağıdır. Avtomobilinizi hər gün təmizləməsiniz də əllərinizin daim təmasda olduğu sükana toxunmazdan əvvəl silib, təmizləmək lazımdlr. Bununla çoxlu sayda mikrobu öldürmüş olarsınız.