“Karantin həyatı normal gedir. Camaat necə, mən də elə, qismət nədirsə odur”. 

Bu sözləri Unikal.org-a açıqlaması zamanı müğənni Cavanşir Məmmədov  deyib. Sənətçi gəlir yerinin yalnız toylardan ibarət olduğunu bildirib.

“Mən 46 ildir ancaq toylarla dolanmışam, başqa bir sahədə mənim nə obyektim, nə də başqa bir yerdən gəlirim var. Az qazanırıq, az yeyirik, çox qazanırıq, çox yeyirik, yəni həyat bu şəkildə gedir. Toylar açılar baxarıq görək nə olur”, – deyə müğənni açıqlamasında bildirib.

Dürrə Həsənova