Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aslanov Rövşən Bəxtiyar oğlu vəfat edib.

Universitetdən Unikal.org-a bildirilib ki, R.Aslanov 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Aslanov 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb, 1974-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.