Şahdağ Milli Parkının İsmayıllı bölməsindəki zubr balalarından biri xəsarət alıb. 

Unikal.org xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

O bildirib ki, may ayında dünyaya gələn bala zubr mütəxəssislər tərəfindən müayinə edilib və onurğa sütununun zədələndiyi məlum olub: “Hazırda bala zubr mütəxəssislərin nəzarəti altında müalicə olunur”.