Biz üç istiqamətdə şagird sıxlığının azaldılmasına çalışırıq. Birincisi, şagirdlər məktəbə müxtəlif vaxtlarda gəlir və bu vaxt biz şənbə gününü də dərs günü salırıq.

Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, məktəblərin növbəli dərs rejiminə keçməsi tövsiyə edilir.

"Bu zaman şagird sıxlığı azalır. Həmçinin sinif daxilində 1,5 metr məsafə saxlanılmalıdır. Tədris planında göstərilir ki, sinifdə şagird sıxlığı bu məsafəni gözləməyə imkan vermədikdə sinif yarım qruplara bölünür və bu qruplar üçün ayrıca dərs cədvəli salınır".

Şöbə müdiri bildirib ki, əyani dərslər üçün planda dərs saatı iki yarımqrup arasında bərabər bölünür.

"Məsələn, riyaziyyat fənni üzrə 4 saat nəzərdə tutulubsa, onun 2 saatı bir yarım qrupa keçirilir, şagirdlər 2 və ya 3 mövzu ətrafında çalışırlar. Digər 2 saat isə o biri qrupa verilir".