Hollivud ulduzu Coni Deppin keçmiş həyat yoldaşı aktrisa Amber Hard aktyora 100 milyon dollarlıq (170 milyon manat) məhkəmə iddiası qaldırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl C.Depp ona qarşı 50 milyon dollarlıq (85 milyon manat) məhkəmə iddiası qaldırmışdı. A.Hard buna cavab olaraq daha böyük məbləğ tələb edib.

Bildirilir ki, A.Hard məhkəməyə müraciət edərək Deppin onu dəfələrlə təhqir etdiyini, şiddət göstərdiyini iddia edib.