Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonuna sentyabrın 8-dən sərbəst gediş-gəliş mümkün olacaq.

Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən başlayaraq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla aradan qaldırılır.

Qeyd edək ki, respublikamızda sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.