Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.

Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.