Xəbər verdiyimiz kimi, 2020/2021-ci tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. 

Unikal.org xəbər verir ki, proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.

DİM-in elan etdiyi və digər universitetlərdə təşkil olunan imtahanların tarix və saatını nəzərə alaraq BMU ilə Cənubi Koreyanın İnha Universitetinin birgə təşkil etdiyi beynəlxalq ikili diplom proqramına sənəd qəbulunun və onlayn daxili imtahan müsabiqəsinin yenilənmiş tarixləri və saatları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: 

http://www.beu.edu.az/az/announcement/ikili-diplom-proqramina-idp-sened-qebulu-ve-onlayn-daxili-imtahan-musabiqesi-haqqinda-52

Qeyd etmək vacibdir ki, 11.09.2020-ci il tarixində saat 15:00-da təşkil olunacaq yazılı imtahanda istifadə olunacaq “suallara cavab vərəqi”nin çapını hər bir abituriyent öncədən hazır etməlidir.

Proqramla bağlı əlavə məlumatı, nümunəvi sualları, təlimatı, həmçinin yazılı imtahanda istifadə olunacaq “suallara cavab vərəqi”ni aşağıdakı linkdən əldə etmək olar.
http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

Bundan başqa, proqramla əlaqədar sualları [email protected] e-mail ünvanına və ya www.facebook.com/iro.beu.edu.az səhifəsinə ünvanlamaq mümkündür.