Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Unikal.org xəbər verir ki, bugün Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb.

Prezidentin köməkçisi özünün “Twitter” səhifəsində görüşlə bağlı yazıb: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.

Qeyd edək ki, üç gün davam edən səfər sentyabrın 8-də başa çatacaq.