Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı iddiasını rədd edib.

Unikal.org xəbər verir ki, Budapeştdə öldürülən erməni zabiti Gurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın iddiası təmin edilməyib.
Məhkəmə Gurgen Markaryanın qətlini Ramil Səfərovun şəxsi hərəkəti kimi qiymətləndirərək hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.

Bundan əlavə, digər məhkəmə qərarında Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd olunduğu göstərilib.