“Ermənistanın törətdiyi təxribatı nəticəsində Tovuzda 36 evə bu və ya digər formada ziyan dəyib. Ölkə rəhbərliyi tərəfindən orada tikinti işlərinin aparılması üçün vəsait ayrılıb. Hazırda həmin yerdə işlər aparılır”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, sərhəd kəndlərində kommunal xidmətlərin qiymətləri paytaxt ilə eynidir: “Çox istərdik ki, həmin yerlərdə komunnal xərclərin yarıbayarı azaldılsın”.