Ögey atası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı mətbuatda əksini tapmış məsələ Komitənin nəzarətinə götürülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, 9 sentyabr 2020-ci tarixində kütləvi informasiya vasitələrində azyaşlı uşağın atalığı tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb.

Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən operativ şəklidə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət olunub. Məsələnin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır.