Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və çardağı 70 m2 sahədə yanıb.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.