Türkiyənin məşhur aktyoru Halil Kumova sətəlcəmdən vəfat edib.

Unikal.org xəbər verir ki, "Zalo" adlı filmin çəkilişləri zamanı halı pisləşən 64 yaşlı aktyor xəstəxanaya aparılıb.

Həkimlər H.Kumovaya tibbi müdaxilə göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor indiyə qədər 100-ə yaxın serial və filmdə rol alıb.