Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv olunub. Onun yerində isə Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuraya sədrlik isə Baş Nazir Əli Əsədova tapşırılıb. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili İqbal Məmmədov yeni şuranın yaradılmasını müsbət qiymətləndirib:

"Bu şuranın yaradılması ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsində mühüm rol oynayacaq. Şuranın fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısı alınacaq. O cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrəniləcək. Bu isə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşması üçün həyata keçiriləcək islahatlara öz töhvəsini verəcək. Həmçinin, İqtisadi şura həyata keçiriləcək islahatlara dair təkliflərini hazırlayıb Prezidentə təqdim edəcək. Eyni zamanda, altı ayda bir şuranın fəaliyyəti barədə Cənab Prezidentə məlumat veriləcək. Beləliklə, İqtisadi şuranın özünün fəaliyyətinə də ciddi nəzarət olunacaq. Hesab edirəm, bu dəyişiklik ölkə iqtisadiyyatının möhkəmlənməsinə səbəb olacaq".

Millət vəkili qeyd ki, şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulub: “Qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir”.

Murad İbrahimli