Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır.

Unikal.org xəbər verir ki, o, AzTV-də işə başlayacaq.

Teleaparıcı sentyabrın həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək. S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb. (Qafqazinfo)