İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış olub.

Unikal.org xəbər verir ki,akkumulyator satış mağazasında baş vermiş partlayış nəticəsində 20-dən çox binaya və 30-a yaxın avtomobilə ziyan dəyib.

Məlumata görə, güclü partlayış zamanı bir nəfər ölüb, 10 nəfər yaralanıb. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.