Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Unikal.org "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 28 milyon 519 min 911, pandemiya qurbanlarının sayı isə 916 min 804 nəfərə çatıb.

İndiyədək 20 milyon 466 min 493 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.