"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne "Barselona"nın kapitanı Lionel Messinin transferinin baş tutmamasına münasibət bildirib.

Unikal.org-un məlumatına görə, belçikalı ulduz futbolçu argentinalının Kataloniya təmsilçisində qalmasına üzülmədiyini söyləyib.

De Bruyne hətta bu məsələni vecinə almadığını vurğulayıb: "Həqiqətən də, Messinin "Mançester Siti"yə gəlməməyi vecimə deyil. Əlbəttə, komandamıza keçsəydi, bizə kömək olardı. Çünki o, bütün zamanların ən yaxşı futbolçusudur. Ancaq kimin gələcəyinə və nələrin olacağına heç vaxt fikir vermirəm. Komandada olan futbolçularla oynayıram. Bu mənada olduqca yaxşı komandamız olduğunu düşünürəm. Kimsə bizə qoşulsa, nə olacağını düşünmək axmaqlıqdır".

Qeyd edək ki, "Barselona" Messinin keçidi üçün 700 milyon avro təzminat tələb etdiyindən, "Mançester Siti" ilə 5 illik müqaviləni razılaşdıran futbolçu daha bir il komandasında qalmaq qərarına gəlib.