Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu avamlıqda ittiham edib.

Bu barədə Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Sən (Makron-red) tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Türkiyə xalqına və Türkiyəyə qarşı durmağa çalışma. Makronun mənimlə bağlı hələ çox problemi olacaq", - Ərdoğan deyib.