Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 152 yoluxma halı qeydə alınıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2227 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.