ABŞ-ın Kaliforniya ştatında iki polis zabiti güllələnib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb.

Bildirilib ki, şənbə günü baş verən hücum zamanı şerifin iki müavini güllə yarası alıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.