77-ci Venesiya Film Festivalının "Müqəddəs Markın Qızıl Aslanı" adlı əsas mükafatını çinli rejissor Xloya Çjaonun "Köçəri yurdu" filmi qazanıb.

Unikal.org xəbər verir ki, bu nəticəni aktrisa Keyt Blanşetin rəhbərlik etdiyi münsiflər heyəti açıqlayıb.

Sözügedən sənədli film ABŞ-dakı yeni köçərilər, yollarda yaşayan insanlar haqqında çəkilib. O, 18 filmin qatıldığı müsabiqənin favoriti hesab olunurdu.

Qeyd edək ki, rejissor və baş rol ifaçısı Frensis Makdormand mükafatlandırma mərasiminə telekörpü vasitəsi ilə qoşulub.

Qaliblərin elan edilməsi mərasimi festivalın veb saytında yayımlanıb.