Hindistanda son sutka ərzində 94 372 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının sayı 4 754 356 nəfərə çatıb. Son bir gündə 1114 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 78 586-ya yüksəlib.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.