Saatlı rayonunun Mustafabəyli kəndində yanğın baş verib.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.