"BMW X5" markalı avtomobil Serbiyanın paytaxtı Belqradın mərkəzində əsas küçələrdən birində hərəkət zamanı partlayıb.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinə istinadən TASS bildirib.

Qeyd edilir ki, hadisə zamanı iki nəfər xəsarət alıb.

"Bu gün saat 12:15-də (Bakı vaxtı ilə saat 14:15-də - red) Novi-Beoqrad ərazisində, Omladinsk briqadası küçəsində hərəkətdə olan avtomobilin partlayışı baş verib, nəticədə iki insan yaralandı”, - Daxili İşlər Nazirliyi mətbuat xidmətində bildiriblər.

Hazırda polislər partlayışın qəsdən törədilib-törədilmədiyini müəyyənləşdirməyə çalışırlar. Hadisə yerində istintaq qrupu işləyir. Cinayətin mümkün icraçılarının axtarışı aparılır.