ABŞ prezidenti Donald Tramp sələfi demokrat Barak Obamanın Sülh üzrə Nobel mükafatını layiq olmadan aldığını hesab edir.

Unikal.org xəbər verir ki, bu barədə Tramp Nevada ştatında keçirilən mitinqdə bildirib.

“Bizim möhtəşəm prezidentimizi xatırlayırsınız, düzdürmü? Barak Hüseyn Obama – o, bunu (mükafatı – red.) dərhal (vəzifəyə çıxan kimi – red.) aldı. Ondan soruşdular: “Onu sizə niyə veriblər?” O isə izah edə bilməmişdi, xatırlayırsınız?.. Sonra isə Bayden soruşdu: “Bəs mənə?” Ona isə cavab verdilər: “Bu, kimdir və o nə edib?” Obama onu layiq olmadan alıb”, - Tramp çıxışı zamanı bildirib.

Eyni zamanda, Tramp, bu yaxınlarda Ərəb-İsrail və Serbiya-Kosovo münaqişələrini həll etmək səylərinə görə bu mükafata iki dəfə namizəd göstərildiyini xatırladıb.

Obama mükafatı beynəlxalq diplomatiyanı gücləndirmək səylərinə görə alıb.