Özbəkistan hökuməti İsveçrə ilə Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovanın İsveçrənin bank hesablarında 2012-ci ildən bəri qalan vəsaitdən 131 milyon dolları Daşkəndə qaytarmaq barədə razılığa gəlib.

Unikal.org “Podrobno.uz”a istinadla xəbər verir ki, söhbət çərçivə sazişinin bağlanmağından gedir.

Qeyd edək ki, Gülnarə Kərimova ölkəsində vergidən yayınma, dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinirdi. Daşkənd şəhər məhkəməsi Gülnarə Kərimovanı 13 il dörd ay müddətinə azadlıqdan məhrum edib.

İsveçrə Baş Prokurorluğu 2012-ci ildə onun təxminən 800 milyon İsveçrə frankı məbləğində sərvətini  dondurmuşdu. Bu məbləğin təxminən 131 milyon dolları 2019-cu ildə müsadirə olunmuşdu. 650 milyon İsveçrə frankından (715 milyon dollar) çox aktivlər isə dondurulmuş vəziyyətdə qalır.