Xəbər verdiyimiz kimi, iyulun 4-dən fəaliyyəti dayandırılan Bakı Metrosu sərnişinlərin xidmətinə verilib. Belə ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib. 

Unikal.org 72 gün bağlı qalan metro stansiyalarının fəaliyyətə başlaması ilə əlaqədar fotoreportaj hazırlayıb.

Xatırladaq ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

FOTOLAR: Müzəffər İsmayılov